Ulduz hücumçu qərar ərəfəsində: Benzema üçün yeni səhifə açılır

İdman

31.01.2026 16:28

Kərim Benzemanın Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubundan ayrılaraq Avropaya qayıtmaq ehtimalı yaranıb.

TodayPress TV xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Məlumata görə, fransalı hücumçu klubun ona təklif etdiyi yeni müqavilənin şərtlərindən narazıdır. Bu səbəbdən Benzema “Əl-İttihad”dan ayrılma variantını ciddi şəkildə nəzərdən keçirir. O, həm Avropa futboluna qayıtmaq, həm də MLS klublarından birinə transfer olunmaq ehtimalını dəyərləndirir.

Qeyd olunur ki, yaranmış müqavilə problemləri fonunda Benzema daha əvvəl “Əl-Fəth”lə oyunda (2:2) iştirakdan imtina edib.

Xatırladaq ki, Kərim Benzema 2023-cü ilin yayından “Əl-İttihad”ın formasını geyinir. O, cari mövsüm bütün turnirlərdə 21 oyunda 16 qol vurub. Təcrübəli hücumçunun klubla mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Namiq HUN

TodayPress TV

tag: Kərim Benzema,Müqavilə,Klub,Təklif,Todaypress.tv,