Trek komandamız beynəlxalq arenada mübarizəyə qoşulur
Azərbaycanın trek velosipedi üzrə milli komandası iyunun 12-14-də Çexiya və Avstriyada keçiriləcək beynəlxalq yarışlarda mübarizə aparacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdman Federasiyası məlumat yayıb.
Milli komanda “Grandprix Brno Cycling Track” və “Grandprix Austria” yarışlarında iştirak edəcək.
U-23 yaş kateqoriyasında Tural İsrafilov və Maksim Trendelyov trekə çıxacaqlar.
Gənclər arasında keçiriləcək yarışlarda isə Rəhim Nağıyev, Çingiz İsayev, Murad Nadirov və Nihad Xudoyev ölkəmizi təmsil edəcəklər.
Millinin heyətində həmçinin Viktoriya Sidorenko da yer alıb.
Namiq HUN