Tarix yazıldı: Yokiç 25 dəqiqəyə sığmayan performans göstərdi

İdman

31.01.2026 17:50

Serbiyalı mərkəz oyunçusu, ABŞ Milli Basketbol Assosiasiyasının (NBA)  çempionu və “Denver Naqqets”in liderlərindən biri olan Nikola Yokiç liqa tarixində bənzəri olmayan bir göstərici ilə yadda qalıb.

TodayPress TV xəbər verir ki, o, diz zədəsindən sonra ilk oyununda komandasının “Los-Anceles Klippers” üzərində 122:109 hesablı qələbəsində tarixi nəticə əldə edib.

Yokiç parketdə cəmi 24 dəqiqə 32 saniyə keçirməsinə baxmayaraq, 31 xal, 12 ribaund və 5 ötürmə ilə yadda qalıb. Bununla da o, 25 dəqiqədən az vaxt ərzində 30+ xal, 10+ ribaund və 5+ asist edən NBA tarixində ilk basketbolçu olub.

Qeyd edək ki, Yokiç dizindən aldığı zədə səbəbindən 16 oyunu buraxıb. Bu səbəbdən o, mövsümün sonunda fərdi mükafatlar üçün tələb olunan minimum oyun sayını toplaya bilməyəcək.

Namiq HUN

TodayPress TV

tag: Nikola Yokiç,NBA,Basketbol,Denver,Todaypress.tv,