Sürətin kralı: Ferstappen Nürburqrinqdə şou göstərdi

İdman

21.03.2026 13:58

“Red Bull Racing” pilotu Maks Ferstappen şəxsi komandası “Verstappen Racing”in heyətində “Nürburgring Langstrecken-Serie”nin (NLS2) mərhələsində keçirilən sıralama turunda ən yaxşı nəticəni göstərib. 

TodayPress TV xəbər verir ki, niderlandlı pilot ən yaxın izləyicisini 1,974 saniyə qabaqlayıb.

Bu çıxış Maks Ferstappen üçün 14–17 may tarixlərində Nürburqrinqdə keçiriləcək 24 saat yarışına hazırlığın bir hissəsi hesab olunur.

Daha əvvəl Maks Ferstappen “Formula-1”in yeni texniki reqlamentini tənqid edərək müasir bolidləri “Mario Kart” ilə müqayisə etmişdi. NLS seriyasında çıxışlar ona “Kral yarışları”ndan fərqli şəraitdə yarış praktikasını qorumağa imkan verir.

Namiq HUN

TodayPress TV

tag: Red Bull,Maks Ferstappen,Nürburgring Langstrecken-Serie,Verstappen Racing,Todaypress.tv,