Skandinaviyanın yeni futbol kralı: Erlinq Haaland milli komandada tarix yazır!
Norveç milli komandasının hücumçusu Erlinq Haaland UEFA Millətlər Liqasının A Liqasının 1-ci turunda Danimarkaya qarşı keçiriləcək matçda (3:2) dubl edərək tarixi göstəriciyə imza atıb.
TodayPress TV xəbər verir ki, bu barədə “SVT” məlumat yayıb.
İki qol vuran 26 yaşlı hücumçu milli komandadakı qol sayını 56 matçda 64-ə çatdırıb. Bununla da o, İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviçin (122 oyunda 62 qol) göstəricisini geridə qoyub və Şimali Avropa (Skandinaviya) ölkələrinin kişi milli komandaları tarixinin ən məhsuldar bombardiri olub.
Qeyd edək ki, Norveç millisi Millətlər Liqasının 2-ci turunda sentyabrın 27-də Portuqaliya ilə üz-üzə gələcək.
Namiq HUN