"Şəfa" yeni mövsümə hazırlıq planını açıqladı

"Şəfa" yeni mövsümə hazırlıq planını açıqladı
08.06.2026 18:15 İdman

"Şəfa"nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Premyer Liqası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Zaur Həşimovun rəhbərlik etdiyi komanda iyulun 2-də Bakıda toplaşacaq. Hazırlığın ilk mərhələsi paytaxtda keçiriləcək. İyulun 20-də isə "Şəfa" Qəbələyə yollanacaq.

Hazırlığın ikinci mərhələsi avqustun 9-dək burada davam edəcək. Komanda yeni mövsümə hazırlıq çərçivəsində bir neçə yoxlama oyunu da keçirəcək.

Qarşılaşmaların tarixi və məkanı hələlik məlum deyil.

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər