Şakil O’Nil: Pul üçün deyil, insanlara fayda üçün reklam edir!

Şakil O’Nil: Pul üçün deyil, insanlara fayda üçün reklam edir!
30.01.2026 14:09 İdman

Dördqat NBA çempionu, hazırda basketbol analitiki və ekspert kimi fəaliyyət göstərən amerikalı Şakil O’Nil bildirib ki, reklam müqavilələrini seçərkən cəmiyyətə müsbət təsir göstərən layihələrə üstünlük verir.

TodayPress TV xəbər verir ki, bu barədə O’Nil "Yahoo Sports" portalına açıqlamasında deyib:

“Əgər mən buna inanıramsa, mütləq iştirak etmək istəyirəm. Əgər bu məhsul insanlara fayda verəcəksə, onu tanıtmaqdan məmnun olaram. Mən adımı yalnız pul üçün vermirəm”.

Qeyd edək ki, Şakil O’Nil Luiziana Ştat Universitetinin üç kursunu bitirdikdən sonra 1992-ci ilin NBA draftında “Orlando Medjik” tərəfindən birinci sıradan seçilib. Komanda ona dərhal 7 illik 40 milyon dollar məbləğində müqavilə təklif edib ki, bu da həmin vaxt Şimali Amerika liqasında yeni başlayan oyunçu üçün rekord idi.

Namiq HUN

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər