Qızıl şayba mübahisəsi: Hyuzdan diqqətçəkən açıqlama!

İdman

19.03.2026 15:18

ABŞ millisinin və “Nyu-Cersi Devilz” klubunun hücumçusu Cek Hyuz Hokkey Şöhrət Zalının ona “qızıl” şaybanı verməmək qərarına münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Milli Xokkey Liqasının (NHL) mətbuat xidməti məlumat yayıb. 

Sözügedən şayba 2026-cı il Qış Olimpiya Oyunlarının finalında ABŞ ilə Kanada milli komandası arasında keçirilən oyunun əlavə vaxtında Hyuz tərəfindən vurulub (2:1).

Hyuz bildirib ki, şaybanın Hokkey Şöhrət Zalında saxlanılması onun üçün böyük şərəfdir:

“Əlbəttə, bu şaybanın Şöhrət Zalında olması mənim üçün böyük fəxrdir. Bu, xokkey üçün ən xüsusi məkanlardan biridir. Düşünürəm ki, sözlərim bir qədər səhv başa düşülüb. Mən sadəcə xokkey oynayıram və hazırda yalnız buna fokuslanmışam”, – deyə o qeyd edib.

Qeyd edək ki, Cek Hyuz Olimpiadada 6 oyunda iştirak edib və 4 qol, 3 məhsuldar ötürmə ilə ümumilikdə 7 xal toplayıb.

Namiq HUN

TodayPress TV

tag: Cek Hyuz,Qızıl şayba,ABŞ ,Nyu-Cersi Devilz,Todaypress.tv,