"Qəbələ" yeni transferini açıqladı

"Qəbələ" yeni transferini açıqladı
12.07.2025 16:30 İdman

2025/2026 mövsümünə hazırlıqları davam etdirən "Qəbələ" yeni transferini açıqlayıb.

TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbr verir ki, Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Adriel Ba Loua ilə 1 illik müqavilə imzalanıb.

28 yaşlı futbolçunun son klubu “Kan” (Fransa) olub. Ba Loua bunadək ASEC (Fil Dişi Sahili), “Lill” (Fransa), “Veyle” (Danimarka), “Karvina”, “Viktoriya” (hər ikisi Çexiya) və “Lex”də (Polşa) forma geyinib.

Qeyd edək ki, “Qəbələ” bunadək Prins Ovusu, İsaak Amoah və Paulo Quimbilanı heyətinə qatıb.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər