Premyer Liqada yeni transfer həyəcanı: “Şəfa” qapısını Tiaqo Silvaya etibar etdi!
“Şəfa” futbol klubu heyətini yeni qapıçı ilə gücləndirib.
TodayPress TV xəbər verir ki, Premyer Liqa təmsilçisi portuqaliyalı qolkiper Tiaqo Silvanı transfer edib.
26 yaşlı futbolçu ilə 2026/2027-ci illər mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, “Benfika”nın yetirməsi olan Tiaqo Silva son üç mövsümü “Zirə” klubunda keçirib. O, karyerası ərzində Portuqaliyada “Vitoriya Gimaraeş”, “Leysoeş” və “Trofense” klublarının da şərəfini qoruyub.
Namiq HUN