Olise üçün nəhəng məbləğ: “Real” hərəkətə keçir

Olise üçün nəhəng məbləğ: “Real” hərəkətə keçir
08.06.2026 09:49 İdman

“Real Madrid” iyunun 9-da “Bavariya”ya cinah hücumçusu Maykl Olisenin transferi ilə bağlı rəsmi təklif göndərəcək.

TodayPress TV xəbər verir ki, bu barədə “El Mundo” nəşri məlumat yayıb. 

Madrid təmsilçisi fransalı futbolçu üçün 150 milyon avro ödəməyə hazırdır. Mənbənin məlumatına əsasən, zərurət yaranarsa, “kral klubu” münhenlilər razılıq verənə qədər təklif olunan məbləği artırmağa da hazırdır.

Qeyd edək ki, Olise ötən mövsüm bütün turnirlərdə 52 oyunda iştirak edib. O, bu görüşlərdə 22 qol vurub və 31 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun “Bavariya” ilə mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. 

Transfermarkt portalında Olisenin hazırkı bazar dəyəri 150 milyon avro təşkil edir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər