Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən çıxarıldı
Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Futbolçu Nəriman Axundzadə zədə səbəbindən heyətdən çıxarılıb.
Qeyd edək ki, komanda DÇ-2026-nın seçmə mərhələsində, sentyabrın 9-da, Tofiq Bəhramov adına Respublika stadionunda Ukrayna yığması ilə üz-üzə gələcək. Milli sentyabrın 5-də səfərdə İslandiyaya beş cavabsız qolla uduzub.