Mundial başlamadan Haiti forması mübahisə yaratdı!

Mundial başlamadan Haiti forması mübahisə yaratdı!
11.06.2026 09:57 İdman

FIFA Haiti millisindən DÇ-2026 ərəfəsində formasının dizaynını dəyişməyi tələb edib. 

TodayPress TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

Bildirilir ki, Haiti yığması dünya çempionatındakı ilk oyununa cəmi bir neçə gün qalmış formasının dizaynını dəyişdirmək məcburiyyətində qalıb.

Millinin əvvəlki formasında Haitinin müstəqilliyinin əldə olunmasında mühüm rol oynamış 1803-cü ildəki Vertyer döyüşünü əks etdirən illüstrasiya və ölkə bayrağı təsvir olunmuşdu. Bu isə FIFA qaydalarına uyğun hesab edilməyib.

Beynəlxalq futbol qurumunun reqlamentinə əsasən, oyun formalarında siyasi, dini və ya şəxsi mesajlar, şüarlar və bu cür məzmun daşıya biləcək elementlərin yerləşdirilməsi qadağandır.

FİFA bəzi vizual elementlərin müxtəlif şəkildə şərh oluna biləcəyini əsas gətirərək Haiti millisindən dizayna dəyişiklik etməyi tələb edib.

Qeyd edək ki, Haiti yığması DÇ-2026-nın C qrupunda ilk matçını iyunun 14-də Şotlandiya millisinə qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 05:00-da start götürəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər