Millinin oyunu Rohit Saqqiyə tapşırıldı
Futbol üzrə Azərbaycan yığma komandasının oktyabrın 10-da Fransa millisi ilə Parisdə keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.
TodayPress TV xəbər verir ki, görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək.
Fransa - Azərbaycan oyununda asayişi FIFA referisi Rohit Saqqi qoruyacaq. Ona bu işdə laysmanlar - Yorgen Ronninq Valstadsve və Ole Andreas Haukasen kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Daniel Higraff yerinə yetirəcək.
Parisin “Park de Prens” stadionunda keçiriləcək Fransa – Azərbaycan matçı saat 22:45-də başlayacaq.
Namiq HUN