Millimizin kritik səfər matçına təyinat: Litva – Azərbaycan oyununu kim idarə edəcək?
UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək Litva - Azərbaycan qarşılaşmasının hakimlər briqadası bəlli olub.
TodayPress TV xəbər verir ki, görüşü Kiprdən olan ədalət təmsilçiləri idarə edəcəklər.
Matçın baş hakimi Menelaos Antoniu olacaq. Ona yan xətt hakimləri Pavlos Qeorqiu və Eraklis Komodromos köməklik göstərəcəklər.
Dördüncü hakim funksiyasını isə Konstantinos Fellas yerinə yetirəcək.
Qeyd edək ki, Litva – Azərbaycan matçı sentyabrın 27-də baş tutacaq.
Namiq HUN