“Mersedes”in gənc ulduzu Bakı trasında qəzaya düşdü: Sıralama turunda böyük itki!
“Formula-1” üzrə çempionatın lideri, “Mersedes”in 20 yaşlı italyan pilotu Andrea Kimi Antonelli Bakıda keçirilən Azərbaycan Qran-prisinin sıralama turu zamanı bolidinə zədə yetirib.
TodayPress TV xəbər verir ki, gənc sürücü radionamə vasitəsilə mühəndisinə divara toxunduğunu bildirib.
Bolidin ön sol hissəsində zədələnmə qeydə alındığından, Antonelli sessiyanı yarımçıq saxlayaraq pit-leynə qayıtmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, Bakı şəhər halqasındakı Azərbaycan Qran-prisi sentyabrın 26-dək keçirilir.
Namiq HUN