Mərhələnin ən taleyüklü günü: Bakıda sıralama turunun qalibi kim olacaq?
Bu gün “Formula-1” üzrə Azərbaycan Qran-prisində ikinci günün həyəcanı yaşanacaq.
TodayPress TV xəbər verir ki, Bakı şəhər halqasında mübarizəyə ilk olaraq “Formula-2” təmsilçiləri sprint yarışı ilə start verəcəklər.
Ardınca “Formula-1” bolidləri üçüncü sərbəst yürüş çərçivəsində treke çıxacaqlar.
Günün ikinci yarısında isə azarkeşləri daha gərgin mübarizə gözləyir: əvvəlcə “Formula-2”də ilk əsas yarış keçiriləcək, daha sonra isə “Formula-1” pilotları sıralama turunda əsas yarış üçün start mövqelərini müəyyənləşdirəcəklər.
Azərbaycan Qran-prisinin ikinci gün proqramı:
08:15 - “Formula-2”: Sprint yarışı
12:30 - “Formula-1”: Üçüncü sərbəst yürüş
14:15 - “Formula-2”: Birinci əsas yarış
16:00 - “Formula-1”: Sıralama turu
Qeyd edək ki, Bakı trasındakı Azərbaycan Qran-prisinə sentyabrın 26-da yekun vurulacaq.
Namiq HUN