Mançesterdən Kataloniyaya - Reşford adaptasiya prosesindən danışdı

Mançesterdən Kataloniyaya - Reşford adaptasiya prosesindən danışdı
13.12.2025 09:45 İdman

“Barselona” klubunun forvardı Markus Reşford Mançesterdən kənardakı həyatı barədə danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə Mundo Deportivo nəşri məlumat yayıb. 

“Bu, Mançesterdən uzaqda ilk yaşayışımdır, amma artıq özümü burada evdəki kimi hiss etməyə başlayıram. İspan dilini daha yaxşı öyrənmək istəyirəm və bunun üçün çalışıram”, — deyə Reşford fikirlərini bölüşüb. 

Qeyd edək ki, ingiltərəli futbolçu cari mövsümdə “Barselona”nın heyətində bütün turnirlərdə 21 oyuna çıxıb, 6 qol vurub və 11 məhsuldar ötürmə edib. 

Reşfordun Kataloniya təmsilçisi ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında futbolçunun bazar dəyəri 40 milyon avro qiymətləndirilir. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər