Madrid turnirində gecə oyunları narazılıq yaratdı

İdman

28.04.2026 16:15

Dünya reytinqinin bir nömrəsi, italiyalı tennisçi Yannik Sinner Madrid turnirinin təşkilatçılarını gec saatlarda keçirilən oyunlara görə tənqid edib.

TodayPress TV xəbər verir ki, o, Madrid Open zamanı matçların çox gec başa çatmasının oyunçular üçün ciddi çətinlik yaratdığını bildirib.

Sinnerin sözlərinə görə, onun 1/4 finaldakı mümkün rəqibi Rafael Hodar əvvəlki görüşünü yerli vaxtla gecə saat 01:30-da başa vurub.

O bildirib ki, belə gec saatda matçı bitirmək düzgün deyil, çünki görüşdən sonra qidalanmaq, bərpa prosedurlarından keçmək və istirahət etmək üçün əlavə vaxt tələb olunur.

Yannik qeyd edib ki, bu cür qrafik oyunçuların həm fiziki, həm də psixoloji durumuna təsir edir.

Sinner əlavə edib ki, növbəti oyunun saatı onun üçün önəmli deyil, lakin əvvəlki matçını gec bitirən Rafael Hodar üçün daha erkən saat seçilməsinin doğru qərar olduğunu düşünür.

Namiq HUN

TodayPress TV

tag: Yannik Sinner,Tennis,Turnir,Madrid,Todaypress.tv,