Madrid nəhəngi müdafiəyə vacib transfer etdi

Madrid nəhəngi müdafiəyə vacib transfer etdi
08.06.2026 14:05 İdman

İbraima Konate karyerasını “Real Madrid”də davam etdirəcək.

TodayPress TV xəbər verir ki, “RMC Sport”un məlumatına görə, “Liverpul”un və Fransa millisinin müdafiəçisi “kral klubu2 ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.

Mənbənin iddiasına əsasən, 27 yaşlı futbolçu klub prezidenti Florentino Peresin seçkiqabağı kampaniyası zamanı vəd etdiyi transferlərdən biri olub.

Konate hazırkı müqaviləsinin müddəti 30 iyun 2026-cı ildə başa çatdıqdan sonra “Liverpul”dan azad agent statusunda ayrılacaq və Madrid təmsilçisinə qoşulacaq.

Hazırda fransalı müdafiəçi Fransa yığma komandasının düşərgəsindədir və ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ı hazırlığını davam etdirir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər