La Liqada səs-küylü təyinat: Xavyer Aqirre “Valensiya”nı düşmə zonasından çıxarmağa gəldi!

La Liqada səs-küylü təyinat: Xavyer Aqirre “Valensiya”nı düşmə zonasından çıxarmağa gəldi!
23.09.2026 15:37 İdman

Təcrübəli futbol mütəxəssisi Xavyer Aqirre karyerasını İspaniyanın “Valensiya” klubunda davam etdirəcək. 

TodayPress TV La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 67 yaşlı meksikalı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Sazişdə müqavilənin müddətinin daha bir il uzadılması imkanı da nəzərdə tutulub.

Aqirrenin son iş yeri Meksika milli komandası olub. O, yığma ilə son dünya çempionatında 1/8 final mərhələsinə qədər irəliləməyi bacarıb. Çalışdırıcı karyerası ərzində İspaniyada “Atletiko”, “Espanyol”, “Leqanes” və “Malyorka” klublarını idarə edib. Mütəxəssis milli komandalar səviyyəsində isə Yaponiya və Misir seçmələrinə rəhbərlik edib.

Qeyd edək ki, "Valensiya" La Liqada keçirdiyi 7 turdan sonra topladığı 5 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər