Kimmixdən Almaniya millisinin gələcəyinə inamlı mesaj: “Gözəl hisslər var, inkişaf edəcəyik!”

Kimmixdən Almaniya millisinin gələcəyinə inamlı mesaj: “Gözəl hisslər var, inkişaf edəcəyik!”
25.09.2026 11:33 İdman

Almaniya milli komandasının kapitanı Yozua Kimmix UEFA Millətlər Liqasının A Liqasının 1-ci turunda Niderlandla keçirilən matçdan (1:1) sonra komandanın yeni baş məşqçisi Yurgen Kloppun debütü və oyunun nəticəsi barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, təcrübəli futbolçu matçın gərgin keçdiyini və heç-heçənin ədalətli nəticə olduğunu bildirib:

“Ağır və gərgin bir oyun oldu. Hər şey mükəmməl alınmasa da, bir çox məqamlar kifayət qədər yaxşı təsir bağışladı. Biz qol vurduq, daha sonra Karim vasitəsilə hesabı 2:0 etmək üçün böyük şansımız var idi. İkinci hissədə isə Niderlandın oyununu yaxşılaşdırdığı aydın hiss olunurdu. Bizim bir neçə əks-hücumumuz oldu, lakin onları istənilən səviyyədə tamamlaya bilmədik. Ümumilikdə, bu, tamamilə layiq olunmuş heç-heçədir”.

Qeyd edək ki, almanlar növbəti turda sentyabrın 27-də doğma meydanda Yunanıstanı qəbul edəcəklər.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər