Kataloniyada yeni era? - Fabreqas üçün qapılar açılır

Kataloniyada yeni era? - Fabreqas üçün qapılar açılır
09.06.2026 09:00 İdman

“Barselona” klubu Hans-Diter Flikin varisi kimi Sesk Fabreqası nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb. 

Hazırda “Komo” klubunu çalışdıran Fabreqas, Hans-Diter Flikin müqaviləsi başa çatdıqdan sonra Kataloniya təmsilçisinin baş məşqçi postuna əsas namizəd hesab olunur.

Mənbənin iddiasına əsasən, klubun idman departamenti və onun rəhbəri Deko uzunmüddətli planlaşdırma çərçivəsində Fabreqasa xüsusi önəm verir. Bildirilir ki, “Barselona” rəsmiləri artıq ispaniyalı mütəxəssislə ilkin təmaslar quraraq, 2028-ci ildə mümkün əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Həmçinin qeyd olunur ki, Fabreqasın gələcəyi ilə bağlı ilk sorğular bir neçə ay əvvəl “Komo” klubuna göndərilib.

Qeyd edək ki, Sesk Fabreqas 2024-cü ilin iyulundan “Komo”nun baş məşqçisidir və klubla dördillik müqavilə imzalayıb. Onun rəhbərliyi altında komanda ötən mövsüm uğurlu çıxış edərək UEFA Çempionlar Liqası turnirinə vəsiqə qazanıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər