İspaniyalı futbolçudan sərt etiraz: “İspaniya yenidən bataqlığa batmağa başlayır!”

İspaniyalı futbolçudan sərt etiraz: “İspaniya yenidən bataqlığa batmağa başlayır!”
25.09.2026 10:37 İdman

“Selta”nın və İspaniya millisinin hücumçusu Borxa İqlesias Madriddə 87 yaşlı təqaüdçü Marikarmen adında qadının evindən çıxarılması ilə bağlı yaşanan gərgin situasiyaya münasibət bildirib.

TədayPress TV xəbər verir ki, bu barədə “El Diario” məlumat yayıb.

Futbolçu İspaniyadakı mənzil problemlərinə və sosial ədalətsizliyə diqqət çəkərək ölkənin çətin dövrdən keçdiyini vurğulayıb:

“Hiss olunur ki, 50 il əvvəl dizə qədər palçığın içində idik və ondan qurtulmaq üçün hər gün çalışırdıq. Tam elə bildik ki, demək olar ki, çıxmışıq, yenidən bataqlığa batmağa başladıq. Təəssüf ki, Marikarmenin evindən çıxarılması tək hal deyil. Bu ölkədə insanlar hər gün layiq olduqları mənzili əldə etməyin problemə çevrilməsi ilə üzləşirlər.

Yaşlı insanlar hörmətə və sevgiyə layiqdirlər. Gənclər böyümək və ölkəmizi daha yaxşı etmək üçün ədalətli imkanlara layiqdirlər. Biz hamımız fəxr edə biləcəyimiz bir ölkə qurmağa davam etmək üçün ədalətli şəraitə layiqik. İspaniya bir çox cəhətdən gözəldir, lakin inkişaf etdiriləsi tərəflərimiz çoxdur və bunun üçün mübarizə aparmalıyıq.

Həyat tərzimə, peşəmə və maliyyə vəziyyətimə görə özümü bəxtəvər hesab edirəm. Lakin bu məsələ hamımıza aiddir və əksəriyyətimiz əks mövqedəki insanlardansa Marikarmenə daha yaxınıq. Gəlin birlikdə mübarizə aparaq, çünki bu problem hər kəsə toxunur”.

Qeyd edək ki, 70 ildən artıq köhnə icarə müqaviləsi ilə yaşadığı evdən yeni sahibinin tələb etdiyi məbləği ödəyə bilmədiyi üçün məhkəmə qərarı ilə çıxarılan 87 yaşlı qadının durumu Madriddə təxminən 10 min nəfərin iştirak etdiyi kütləvi etiraz aksiyalarına səbəb olub.

Namiq HUN

TədayPress TV

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər