“İliklərinə qədər yarışçı!”: Zak Braundan Ferstappenə yüksək qiymət!
“Maklaren”in icraçı direktoru Zak Braun “Red Bull” komandasında çıxış edən 28 yaşlı niderlandlı pilot, 4 qat “Formula-1” çempionu Maks Ferstappen haqqında fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, o, bu barədə “De Telegraaf” nəşrinə açıqlama verib.
Təcrübəli funksioner Ferstappenlə söhbətlərindən sonra onun haqqında təəssüratlarının müsbət mənada dəyişdiyini bildirib:
“Keçən yay Maksla bir neçə dəfə danışdım. Sadəcə onu daha yaxından tanımaq istədiyim üçün. Əgər onu hazırda tək bir sözlə təsvir etməli olsaydım, bu, həmin söhbətlərə qədər ağlıma belə gəlməyəcək bir söz olardı. Söhbət “cazibədar” sözündən gedir. Mərc gələ bilərəm ki, onu yaxından tanımayan heç kim onu bu cür xarakterizə etməzdi. Lakin o, məndə səmimi şəkildə xoş təəssürat yaratdı. İliklərinə qədər həqiqi bir yarışçıdır”.
Qeyd edək ki, Zak Braun Niderland mətbuatına açıqlamasında Maks Ferstappenin peşəkarlığını və şəxsi keyfiyyətlərini xüsusi vurğulayıb.
Namiq HUN