Futbol və tennis əfsanəsi bir arada: Boris Bekker Almaniya millisinin yeni dövrünü alqışladı!

Futbol və tennis əfsanəsi bir arada: Boris Bekker Almaniya millisinin yeni dövrünü alqışladı!
25.09.2026 12:47 İdman

Almaniyanın sabiq 1 nömrəli tennisçisi və “Böyük Dəbilqə” turnirlərinin 6 qat qalibi Boris Bekker UEFA Millətlər Liqasının A Liqasının 1-ci turunda keçirilən Niderland - Almaniya matçından (1:1) sonra təəssüratlarını bölüşüb.

TodayPress TV xəbər verir ki, o, bu barədə şəxsi “X” sosial şəbəkəsində paylaşıb. 

Əfsanəvi tennisçi oyundakı gərginliyi xüsusi qeyd edərək Yurgen Kloppun debütünü müsbət qiymətləndirib:

“Niderlandlılar həddindən artıq kobud oynayırdılar (baxmayaraq ki, bəzi futbolçular eyni klubda çıxış edirlər), amma nəticə ədalətlidir - 1:1! Kaş ki, yenidən 25 yaşım olaydı və döyüşə hazır olsaydım... onda daha çox sərt ikili mübarizələr və sarı vərəqələr olardı. Amma oyun hər bir halda çox xoşuma gəldi! Yurgen Klopp effekti”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər