Futbol dünyasının səbirsizliklə gözlədiyi gün gəldi!
Bu gün futbol üzrə dünya çempionatı start götürəcək.
TodayPress TV xəbər verir ki, mundialın Meksikanın Paytaxt Mexikonun “Asteka” stadionunda təşkil olunacaq açılış matçı Meksika və Cənubi Afrika Respublikası yığmaları arasında baş tutacaq.
Braziliyalı FIFA referisi Vilton Sampayonun idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, 48 komandanın iştirakı ilə keçiriləcək dünya çempionatına tarixdə ilk dəfə üç ölkə - ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.
Xatırladaq ki, mundialın son qalibi 2022-ci ildə Qətərdə keçirilən turnirin qalibi olmuş Argentina millisidir.
Namiq HUN