Futbol bayramı başladı: Möhtəşəm açılış mərasimindən GÖRÜNTÜLƏR - VİDEO

Futbol bayramı başladı: Möhtəşəm açılış mərasimindən GÖRÜNTÜLƏR - VİDEO
11.06.2026 22:14 İdman

2026-cı il futbol üzrə dünya çempionatının açılış mərasimi keçirilir.

TodayPress TV xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundialın açılış mərasimində təşkilatçı ölkələrin mədəniyyətini əks etdirən rəngarəng şou proqramları, musiqi nömrələri və xüsusi səhnə performansları nümayiş etdirilir. Stadionda möhtəşəm işıq və atəşfəşanlıq şousu təşkil olunub.

Açılış mərasiminin ardınca dünya çempionatının ilk oyunu keçiriləcək. Turnirdə ümumilikdə 48 milli komanda mübarizə aparacaq ki, bu da mundial tarixində rekord göstəricidir.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı tarixdə ilk dəfə üç ölkənin birgə təşkilatçılığı ilə keçirilir. Turnirin oyunları ABŞ, Kanada və Meksikanın müxtəlif şəhərlərində baş tutacaq.

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər