Fransa millisindən mundial öncəsi iddialı mesaj
Fransa millisinin hücumçusu Kilian Mbappe qarşıdan gələn 2026 FIFA World Cup ilə bağlı komandasının əsas məqsədini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Actu Foot” məlumat yayıb.
Ulduz futbolçunun sözlərinə görə, Fransa yığması üçün yeganə məqsəd dünya çempionu olmaqdır:
“Məqsəd dünya çempionatını qazanmaqdır. Yarımfinalı hədəf kimi göstərməyi başa düşmürəm. Əgər məqsəd yarımfinala yüksəlməkdirsə, o zaman yarımfinala çıxan kimi əllərimizi yanımıza salıb evə qayıda bilərik. Xeyr! Məqsəd dünya çempionluğudur. Hər komanda bu turnirə qalib gəlmək arzusu ilə gedir. Fransa yarımfinala yüksəlsə, biz məqsədimizə çatdığımızı deməyəcəyik”.
Kilian Mbappe bildirib ki, Fransa millisi yalnız titul uğrunda mübarizə aparmağı düşünür və komandada bundan aşağı nəticə uğur hesab edilmir.
Namiq HUN