Fiziki zəiflik bağışlanmayacaq: Vernidub işi ciddiləşdirdi

İdman

17.12.2025 13:50

“Neftçi” futbol klubunun baş məşqçisi Yuri Vernidub komandanın gündəlik hazırlıq proqramında dəyişiklik edib.

TodayPress TV sportinfo.az-a istinadən xəbər verir ki, ukraynalı mütəxəssis futbolçuların fiziki durumunun yetərli səviyyədə olmaması səbəbindən məşqlərin müddətini artırıb.

“Ağ-qaralar”ın məşq prosesi bundan sonra 1,5 saat davam edəcək. Bildirilir ki, baş məşqçi hər bir futbolçunun fiziki göstəriciləri ilə şəxsən maraqlanır. Yuri Vernidubun əsas tələbi futbolçuların 90 dəqiqə ərzində meydanda maksimum hərəkətdə olmasıdır.

“Neftçi” ilə 1,5 illik müqavilə imzalayan mütəxəssis az qaçan, hər top uğrunda sona qədər mübarizə aparmayan və ikili mübarizələrdən yayınan oyunçulara əsas heyətdə şans verməyəcəyini də bildirib.

Qeyd olunub ki, meydanda az hərəkət edən komandanın uğurlu nəticələr qazanması çətindir. Komandanın növbəti mərhələdə fiziki hazırlığına xüsusi diqqət yetiriləcək.

Namiq HUN

TodayPress TV

tag: Yuri Vernidub,Tələb,Neftçi,Klub,Todaypress.tv,