“Fənərbağça”da gündəm yaradan Ederson açıqlaması!

“Fənərbağça”da gündəm yaradan Ederson açıqlaması!
08.06.2026 10:35 İdman

Braziliyalı qapıçı Edersonun Əziz Yıldırıma zəng etməsinin səbəbi məlum olub.

TodayPress TV xəbər verir ki, bu barədə “sondakika.com” məlumat yayıb.

İddialara görə, Ederson seçki prosesi zamanı qatıldığı televiziya proqramlarında Əziz Yıldırımın onun haqqında səsləndirdiyi tərif və dəstək ifadələrinə görə təşəkkür edib. Qapıçının həmçinin Yıldırımın prezidentliyi dövründə “Fənərbağça”da çıxış etmək istədiyini bildirdiyi vurğulanıb.

Jurnalist Ersin Düzenin sözlərinə görə, Ederson görüş zamanı belə deyib:

“Mənim haqqımda dediklərini eşitməkdən çox məmnun oldum. Bu, əhvalımı yüksəltdi və məndə qürur hissi yaratdı”.

Braziliyalı qapıçının “Sənin prezidentliyin dövründə məmnuniyyətlə “Fənərbağça”da qalardım” fikri isə “sarı-göylər” camiəsində böyük maraq və müzakirələrə səbəb olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər