Səudiyyəyə “raket yağışı” - Husilər önəmli neft obyektlərini vurdular

Səudiyyəyə “raket yağışı” - Husilər önəmli neft obyektlərini vurdular
25.07.2026 21:23 Dünya

Yəməndəki husilər Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə məxsus obyektlərə raket və pilotsuz uçuş aparatları ilə hücum etdiklərini bildiriblər.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Husilərin hərbi sözçüsü Yəhya Sari qruplaşmanın Səudiyyə Ərəbistanının Cizan və Yənbu şəhərlərində yerləşən dövlət neft şirkəti “Saudi Aramco”ya məxsus obyektləri uğurla vurduğunu iddia edib.

Hələlik Səudiyyə Ərəbistanı rəsmiləri hücumlarla bağlı rəsmi açıqlama verməyib və husilərin iddiaları müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

XƏBƏR LENTİ
25 IYUL 2026
Bütün Xəbərlər