Gürcüstan DTX elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başlayıb
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 24 və 25 iyul tarixlərində ölkə miqyasında baş vermiş elektrik enerjisi kəsintiləri ilə bağlı araşdırmaya başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə DTX-dan bildirilib.
Məlumata əsasən, araşdırma sabotaj maddəsi üzrə aparılır. Bu maddə dövlət müəssisəsinin və ya digər vacib obyektlərin normal fəaliyyətini pozmaq və ya Gürcüstanın dövlət maraqlarına təhlükə yaratmaq məqsədilə onlara zərər vurmağı və yaxud məhv etməyi nəzərdə tutur.
DTX araşdırmanın gedişatı barədə ictimaiyyəti tədricən məlumatlandıracağını vurğulayıb.