Avtomobil yoldan çıxıb yeraltı keçidə düşdü - FOTOLAR

Avtomobil yoldan çıxıb yeraltı keçidə düşdü - FOTOLAR
25.07.2026 14:38 Hadisə

Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb.

TodayPress TV "APA"ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahi qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Gəncə sakini, 1951-ci il təvəllüdlü İsmayilov Dəmir Əli oğlunun idarə etdiyi Mercedes markalı avtomobil idarəetməni itirib. Yoldan çıxan avtomobil yeraltı keçidin dəmir səddini qıraraq keçidə düşüb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin Gəncə sakini, 1970-ci il təvəllüdlü Bayramova Yeganə Şəmil qızı xəsarət alıblar. Onlar Hacıqabul rayon xəstəxanasına və daha sonra Şirvan xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

FOTOLAR

Avtomobil yoldan çıxıb yeraltı keçidə düşdü - FOTOLAR — 1
Avtomobil yoldan çıxıb yeraltı keçidə düşdü - FOTOLAR — 2
Avtomobil yoldan çıxıb yeraltı keçidə düşdü - FOTOLAR — 3
XƏBƏR LENTİ
25 IYUL 2026
Bütün Xəbərlər