SON DƏQİQƏ: Zaporojyedə tətil düşərgəsi vuruldu - Ölənlər və yaralananlar var
Ukrayna Silahlı Qüvvələrinin Zaporojye bölgəsinin Rusiyanın nəzarətində olan ərazisinə hava zərbələri nəticəsində 8 nəfər ölüb.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumatda bildirilir ki, zərbələr Melitopol şəhərinin Kirillovka qəsəbəsindəki turist bazasına endirilib.
Qeyd olunub ki, ölənlərdən ikisi uşaqdır.
Üçü uşaq olmaqla, daha 14 nəfərin də yaralandığı bildirilir.
Nəşr qeyd edib ki, həm Rusiya, həm də Ukrayna 2022-ci ilin fevral ayında Rusiyanın tammiqyaslı işğalı ilə başlayan müharibədə mülki şəxsləri hədəf aldığını inkar edir.
Jalə Rövşən