"Parti kur, oy verelim..." – Özəlin "Yeni Partiya"sına ilk dəstək bu ölkədən gəldi
Türkiyədə CHP-dən ayrılan Özgür Özəlin yaratdığı “Yeni Partiya”ya Almaniyadan ilk dəstək gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Almaniya Sosial Demokrat Partiyasının (SPD) sədri Lars Klinqbeyl “Yeni Partiya”ya tam dəstəyini ifadə edərək, bunu demokratiya uğrunda mübarizədə cəsarətli və tarixi başlanğıc adlandırıb:
“Hörmətli Özgür, demokratların təhdidlərlə qorxudula bilməyəcəyini göstərirsiniz. Sizə və dostlarınıza həmrəylik içində güclü dəstəyimizi göstərməyə davam edirik”.
Qeyd edək ki, Özəl tərəfindən imzalanan yeni partiyanın təsis ərizəsi Türkiyə Daxili İşlər Nazirliyinə təqdim olunub. Qeydiyyat üçün "Yeni Partiya" adı ilə müraciət edilib.
Jalə Rövşən