Ukrayna dronları Rusiyanın "Wildberries" anbarını vurdu
Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Rusiyanın Yekaterinburq şəhərində yerləşən "Wildberries" şirkətinin anbarına hücum etdiyi bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, zərbə nəticəsində anbarda yanğın baş verib. Hadisənin nəticələri və mümkün zərər barədə hələlik rəsmi məlumat açıqlanmayıb. "Wildberries"in hücuma məruz qalan anbarda fəaliyyətini müvəqqəti dayandırdığı bildirilir.
Bu, son günlər Ukraynanın Rusiyada "Wildberries" logistika obyektlərinə endirdiyi silsilə zərbələrdən biri kimi qiymətləndirilir.