Rusiyanın gecəsi kabusa döndü: Bir neçə şəhər eyni anda vuruldu - VİDEO VƏ FOTOLAR
Rusiyanın Belqorod, Engels, Luqansk və bir sıra digər şəhərləri ötən gecə pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
TodayPress TV xəbər verir ki, ilkin məlumata görə, Belqorod şəhərində logistika anbarları və enerji infrastrukturuna zərbələr endirilib.
Engelsdə isə hərbi kazarmaların yerləşdiyi ərazidə yanğın baş verdiyi bildirilir. Müvəqqəti işğal altında olan Luqansk şəhərində də partlayışlar və yanğınlar qeydə alınıb.
Məlumatlara əsasən, hücumlar nəticəsində bir neçə nöqtədə güclü yanğınlar baş verib. Hadisələrin nəticələri və mümkün itkilərlə bağlı rəsmi qurumlar hələlik ətraflı məlumat açıqlamayıb.
Jalə Rövşən