Netanyahu: “İsrail kiçik ölkə olsa da, qlobal gücdür”
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin ölçüsünə baxmayaraq, qlobal təsirə malik dövlət olduğunu bildirib.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Netanyahu qeyd edib ki, bir neçə həftə əvvəl əməkdaşlarından biri rusiyalı ekspertlə görüşüb və həmin şəxs İsraili “kiçik qlobal güc” kimi qiymətləndirib.
“Bu, doğrudur. Biz Çin qədər böyük deyilik. ABŞ qədər böyük deyilik. Rusiya qədər də böyük deyilik. Amma o, bizi regional güc deyil, qlobal güc adlandırdı. Bəzi sahələrdə bu, həqiqətən də belədir”, - deyə İsrail hökumətinin başçısı bildirib.
Onun sözlərinə görə, İsrail bəzi sahələrdə beynəlxalq səviyyədə mühüm rol oynayır.