Yəməndə ARAMCO obyektləri vuruldu

Yəməndə ARAMCO obyektləri vuruldu
25.07.2026 09:05 Dünya

Yəmənin silahlı qüvvələri Səudiyyə Ərəbistanının həyata keçirdiyi hücuma cavab olaraq Cizan bölgəsində yerləşən strateji obyektlərə zərbələr endirdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Yəmən KİV məlumat yayıb.

Bildirilib ki, zərbələr nəticəsində bir sıra obyektlərdə yanğın baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə ARAMCO-nun neft emalı zavodu olduğu iddia edilən ərazi üzərində sıx tüstü buludlarının yüksəldiyi əks olunub.

Məlumat hələlik Səudiyyə Ərəbistanının rəsmi qurumları tərəfindən təsdiqlənməyib. Hadisə ilə bağlı itkilər və dağıntıların miqyası barədə dəqiq məlumat açıqlanmayıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
25 IYUL 2026
Bütün Xəbərlər