Təhsil naziri istefa verdi - Qəzəbli gənclər onu istefaya göndərməyi bacardı

Təhsil naziri istefa verdi - Qəzəbli gənclər onu istefaya göndərməyi bacardı
25.07.2026 14:27 Dünya

Hindistanın Təhsil naziri Dharmendra Pradhan bu gün (25 iyul) istefa ərizəsini Baş nazir Narendra Modiyə təqdim edib. 

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Məlumata görə, nazir istefasını “X” sosial şəbəkəsində elan edib.

“Jantar Mantar-da və ölkə daxilində yaranmış vəziyyəti nəzərə alaraq, anti-milli qüvvələrin bu vəziyyətdən sui-istifadə etməməsi üçün istefa ərizəmi Baş nazirə göndərdim. Ölkə gənclərinin istəklərinə, hisslərinə və haqlı gözləntilərinə dərin hörmətlə yanaşıram",- Pradhan öz paylaşımında yazıb. 

Mərkəzi Dehlidə və digər şəhərlərdə mitinq keçirən minlərlə etirazçı xəbəri alqışlarla qarşılayıb. 

Qeyd edək ki, Federal hakimiyyət orqanları paytaxtdakı etirazları məhdudlaşdırmaq üçün internetə və 18 metro stansiyasına girişi məhdudlaşdırıb. Polisin bir çox tələbəni yaralaması, parlamentə doğru yürüş edən etirazçıların qarşısını almaq üçün dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə etməsi isə qəzəbi daha da artırmışdı. 

Xatırladaq ki, əsasən gənclərin rəhbərlik etdiyi etirazlar yüksək riskli qəbul imtahanları (o cümlədən NEET-UG) üçün sual vərəqlərinin sızmasından yaranan narazılıqla başlayıb. Lakin zamanla iş yerlərinin qıtlığı, korrupsiya və hökumətin hesabatlılığına qarşı olmaqla genişlənməyə başlayıb. 

Jalə Rövşə

XƏBƏR LENTİ
25 IYUL 2026
Bütün Xəbərlər