Azərbaycanın boks milliləri qardaş ölkəyə yollandılar

Azərbaycanın boks milliləri qardaş ölkəyə yollandılar
25.07.2026 15:38 İdman

Qız boksçulardan ibarət Azərbaycan milli komandaları Türkiyəyə yollanıblar.

TodayPress TV xəbər verir ki, yığmalarımız iyulun 25-dən avqustun 4-dək Kastamonuda təlim-məşq toplanışında olacaqlar.

Məşqçilər korpusu hazırlığa 2 yaş kateqoriyası üzrə 10 boksçunu cəlb ediblər.

Türkiyə millisi ilə birgə təşkil olunacaq toplanış U-17 və U-19 üzrə Avropa çempionatlarına hazırlıq xarakteri daşıyır.

Hazırlıq çərçivəsində sınaq döyüşləri də keçiriləcək.


XƏBƏR LENTİ
25 IYUL 2026
Bütün Xəbərlər