Madrid alovlar içində – İspaniya tarixinin ən ciddi yanğınını yaşayır
İspaniyada rekord istilərin səbəb olduğu meşə yanğınları artıq 20 min hektardan çox ərazini külə döndərib və Madrid şəhərinə qədər irəliləyib.
TodayPress TV xəbər verir ki, bu barədə "El Mundo" nəşri məlumat yayıb.
Məlumata görə, Madrid muxtar bölgəsində fövqəladə vəziyyət rejimi elan olunub. Güclü külək və yanğınsöndürmə resurslarının çatışmazlığı səbəbindən alovun lokallaşdırılması hələ də mümkün olmayıb.
Paytaxt rəhbərliyi baş verənləri Madrid tarixində qeydə alınan ən ciddi meşə yanğınları kimi qiymətləndirib.
Yerli KİV-in məlumatına əsasən, təhlükəsizlik məqsədilə Madriddə yerləşən NASA kompleksinin əməkdaşları da təxliyə olunub.