Krım qaranlığa qərq oldu - Fövqəladə vəziyyət elan edildi
Krımın ilhaq olunmuş Aluşta şəhərində uzunmüddətli elektrik kəsintilərindən sonra fövqəladə vəziyyət elan edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya tərəfindən təyin olunmuş yerli hakimiyyət orqanları məlumat yayıb.
Məlumata görə, qərar bölgədə elektrik enerjisinin uzun müddət kəsilməsi fonunda qəbul edilib. Bildirilir ki, işıq kəsintilərinin hücumlarla əlaqəli olduğu iddia olunur. Hazırda vəziyyətin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.