Daha bir ölkədə uşaqlar üçün “komendant saatı” olacaq
Ukraynada da uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması təklif olunur.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Qrişina açıqlama verib.
Deputat bildirib ki, hazırda Ali Radada hazırlanmaqda olan qanun layihəsinin müəllifi məhz özüdür.
Qrişinanın sözlərinə görə, qanun layihəsi uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa tətbiq edilməsini nəzərdə tutur.