Şəxsi mübahisə faciəyə çevrildi - Şübhəli saxlanıldı

Şəxsi mübahisə faciəyə çevrildi - Şübhəli saxlanıldı
25.07.2026 19:35 Hadisə

Qaxda bıçaqlanma hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 36 yaşlı Əmrah Yaqubov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 40 yaşlı Elnur Qadaşova kəsici alətlə xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
25 IYUL 2026
Bütün Xəbərlər