“Avropa yanır”: 200 mindən çox insan təxliyə olundu
Fransa və İspaniyada meşə yanğınları səbəbindən 220 mindən çox insan təxliyə edilib.
TodayPress TV xəbər verir ki, Fransanın cənub-qərbində təxminən 200 min nəfər evini tərk etmək məcburiyyətində qalıb.
Məlumata görə, alov 19 min hektardan çox meşə sahəsini bürüyüb, 80-ə yaxın evi məhv edib və hazırda Bordo şəhəri istiqamətində yayılmaqda davam edir.
İspaniyada isə təxminən 25 min nəfər təxliyə olunub. Bundan əlavə, daha 40 minə yaxın sakinə təhlükəsizlik məqsədilə evlərindən çıxmamaq göstərişi verilib.
Kübra Musayeva