Ukraynanın gəmiləri vuruldu - Rusiyadan ağır zərbə

Ukraynanın gəmiləri vuruldu - Rusiyadan ağır zərbə
25.07.2026 19:50 Dünya

Rusiya Müdafiə Nazirliyi Ukraynadakı limanlara endirilən zərbələrin nəticələri barədə məlumat yayıb.

TodayPress TV xəbər verir ki, nazirliyin məlumatına əsasən, Nikolayev limanında Ukrayna Silahlı Qüvvələri üçün hərbi yüklər daşıdığı iddia edilən yük gəmisi və Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus CV-90 sürətli desant kateri vurulub.

Bildirilib ki, Çernomorsk limanında hərbi yüklərin saxlanılması üçün istifadə olunan liman infrastrukturuna da zərbələr endirilib.

Nazirliyin açıqlamasına görə, həmçinin Çernomorsk və Odessa limanlarına hərbi yüklər daşıdığı iddia edilən bir balker tipli gəmi, üç yük gəmisi və Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus daha bir CV-90 sürətli desant kateri də vurulub.

XƏBƏR LENTİ
25 IYUL 2026
Bütün Xəbərlər