Ağdamda minalanmış ərazidə YANĞIN - FHN hərəkətə keçdi

Ağdamda minalanmış ərazidə YANĞIN - FHN hərəkətə keçdi
25.07.2026 22:30 Hadisə

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağdam rayonunun Papravənd kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Qurumdan TodayPress TV-yə verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Ərazinin minalanmış olması, habelə küləkli hava yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. Əlavə məlumat veriləcək.

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər