De la Fuente Pedrinin oyununa valeh qaldı
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Bolqarıstana (4:0) qarşı oyundan sonra “Barselona”nın yarımmüdafiəçisi Pedrini “heyrətamiz futbolçu” adlandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məşqçidən sitat gətirir.
De la Fuente Pedrini yüksək qiymətləndirib:
“Pedri - sadəcə heyrətamiz futbolçudur. O, başqalarının görə bilmədiyini görür,” - deyə ispaniyalı mütəxəssis bildirib.
Qeyd edək ki, Pedri İspaniya millisində 38 oyun keçirib və 5 qol vurub. Onun “Barselona” klubu ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında futbolçunun bazar dəyəri 140 milyon avro qiymətləndirilir.
Namiq HUN